|
Uşaqlarını cəzalandırmaq istədilər, ayı yedi
Yaponiyanın Hokkadio adasında ana və atası tərəfindən cəzalandırılaraq meşəyə atılan uşağın tapılması üçün geniş əməliyyatlara başlanıb. 
Yetkililər şənbə günündən bu yana itən 7 yaşındakı oğlan uşağının tapılması üçün davam edən əməliyyata 150 nəfərin qatıldığını açıqlayıb. Polis sözçüsü açıqlayıb ki, ata və anası öncə uşaqlarının ot toplayan zaman itdiyini deyib, amma bir saat sonra onu cəzalandırmaq məqsədilə maşından düşürdüklərini etiraf ediblər. Polis deyib ki, valideynlər bir neçə dəqiqə sonra usağı atdıqları yerə geri qayıtsalar da, onu orda tapmayıblar. 
Uşağın atası “Sankei” qəzetinə açıqlamasında deyib ki, parka apardıqları zaman uşaq maşınlara və insanlara daş atdığı üçün ona dərs vermək istəyib. Bu səbəbdən də onu bir az qorxutmaq üçün meşədə maşından endirib: “Oğlum hərəkətli bir uşaqdır. Amma indi çox narahatam”. 

İlkin ehtimallara görə, usağı ayı yeyib. Çünki onun düşürüldüyü yer ayıların bol olduğu məkan sayılır.
Cia.az