|
Türkiyədə terror aktı törədildi -

Şırnak vilayətinin Silopi bölgəsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.

Cia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partlayış zirehlipolis maşınının keçidi vaxtı törədilib.

İlkin məlumata görə, hadisə nəticəsində 4 dinc sakin həlak olub, 5-i polis əməkdaşı olmaqla 19 nəfər yaralanıb.

Yaralılar Silopi Dövlət Xəstəxanasına yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Terrorçuların axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.

Cia.az