|
“ÜNS” Roman Viktyukun teatrını təqdim edir

“ÜNS” teatrından Cia.az-a daxil olmuş məlumata görə, mayın 31–də “ÜNS” teatrı Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Roman Viktyukun teatrını təqdim edəcək (başlanış: saat 19:00).

İyunun 1-də Roman Viktyukun teatrı Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Mixail Kuzminin “Çəkməli pişik” tamaşasını göstərəcək (başlanış: saat 15:00).

İyunun 2-də isə “ÜNS” teatrında Roman Viktyukun yaradıcılıq gecəsi olacaq (başlanış: saat 20:00).

Cia.az