|
"Mançester Yunayted"də iki müqavilə

"Mançester Yunayted" klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

Cia.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar hücumçu Markus Reşford və müdafiəçi Kemeron Burtuik-Ceksondur.

Hər iki futbolçu 2020-ci ilə qədər Mançester təmsilçisinin şərəfini qoruyacaq. Reşford "Mançester Yunayted"də həftəsinə 25 min funt qazanacaq.

Cia.az