|
Daha bir futbolçu "Avro-2016"nı buraxa bilər

İtaliya millisinin futbolçusu Rikkardo Montolivo zədələnib.

31 yaşlı yarımmüdafiəçi məşq zamanı ombasından zədə alıb. Onun "Avro-2016"nı buraxa biləcəyi qeyd olunub.

R.Montolivonun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Cia.az