|
Sevgilisindən ayrılanlar oxusun!

Hər nağılın bir sonu var. Bəs pis sonluqla bitən nağılların axırında stressə girməmək üçün nə etmək lazımdır? Cia.az ayrılıq acısı yaşayanlar üçün güclü olmağın yollarını təqdim edir. 

Keçmiş sevgilinizdən uzaq durun

Nə olursa olsun, hər zaman başınızı dik tutun! Ayrılıqdan sonra bir anlıq darıxmaqla səsini eşitmək, ya da darıxdığınızı bildirmək üçün qətiyyən ona zəng vurmayın. Səssiz qalın. Siz nə qədər çox özünüzə güvənsəniz, bir o qədər cazibədar olarsız. Çarəsiz bir qadın qətiyyən cazibədar görünmür.

Qəminizə dözə bilməyən dostlarınızdan uzaq durun!

Keçmiş sevgiliniz üçün darıxdığınızı görüb sizin kədərlənməyinizə dözə bilməyən dostunuz fərqli yolla sevgilinizə zəng etdirməyə çalışacaq. Verdiyi tövsiyə sizi daha da üzə bilər.

Daha əvvəlki sevgilinizi axtarmayın!

Yenisindən ayrıldıqdan sonra keçmiş sevgiliyə qayıtmaq onsuz da çox axmaq hərəkətdir. Unutmayın, ondan da ayrılanda eyni üzüntünü yaşamışdız.

Dinlədiyiniz mahnılara diqqət edin!

Duyğusal ifaları dinləməyin. Daha hərəkətli mahnılar dinləməyə çalışın. Romantik ifalar keçmiş xatirələri canlandırır.

Onu sosial şəbəkədə izləməyin

“Facebook”, “Twitter” sosial şəbəkələrində keçmiş sevgilinizin hər paylaşımından özünüzə pay götürməyin. Onu nə etdi deyə daim izləmək acınızı daha da artırar. Əgər özünüzə nəzarət edə bimirsizsə, onu dostluq siyahısından silin, ya da hesabınızı bağlayın.

Sonsuzadək depresiyyada qalmaq fikrinizi unudun

Hər acı bir gün bitər. Heç bir sevgi üzüntüsü sonsuzadək davam etməz. Bunu etməklə gerçək sevgini əlinizdən qaçırmış olarsız.

Yeni münasibət üçün tələsməyin

Acınızı yüngülləşdirmək üçün qarşınıza çıxan ilk nəfərə şans verməyin. Tələsik qərar versəniz, daha da üzülə bilərsiz. Tələsməyin!

Cia.az