|
Nazir qəza ilə bağlı Siyəzənə getdi, yaralılar Sumqayıta gətirildi -

Ötən gün Xızıda avtobusun aşması nəticəsində xəsarət alan şəxslər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Sumqayıt Şəhər Səhiyyə şöbəsinin əməkdaşı Xalidə Quliyeva APA-ya açıqlamasında deyib ki, onlardan 3-ü neocərrahiyyə, 1-cərrahiyyə, qalanları isə travmatalogiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

Səhiyyə naziri Oqtay Şirəliyev də Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub, müvafiq tapşırıqlarını verib.

*   *   *11:48

Səhiyyə naziri Oqtay Şirəliyev avtobus qəzası ilə bağlı Siyəzənə gedib. Bunu virtualaz.org saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, Siyəzəndə xəstəxanada yerləşdirilən 11 yaralı Bakıya gətiriləcək. Nazir yaralıların müalicəsini nəzarətə götürüb.

Qeyd edək ki, 5 yaralı hazırda Sumqayıtdakı xəstəxanalarda müalicə olunur.

Onu da xatırladaq ki, dünən Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Cia.az