|
Rusiya Ukraynanı qarışdırmaq üçün azərbaycanlı “vor zakon”ları göndərib

Rusiya Ukraynanın kriminal aləmində öz nüfuzunu xeyli gücləndirib və nəticədə bu ölkədə kriminogen vəziyyət ağırlaşıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Ukrayna Milli polisinin rəisinin birinci müavini, cinayət polisinin rəisi Vadim Troyan ZN.ua saytında dərc edilmiş məqaləsində yazır. Onun bildirdiyinə görə, kriminal avtoritetlər Rusiyanın Ukraynaya qarşı “hibrid müharibə” taktikasının elementlərindən biridir.

Son illər Rusiyadan xeyli kriminal avtoritet Ukraynada məskunlaşıb. Onların arasında Gürcüstan, Azərbaycan və Ermənistandan, habelə Rusiyanın özündən olan “vor zakon”lar var. Həmin “vor zakon”lar Rusiya xüsusi xidmət orqanlarının təsiri altındadır, Ukraynada kriminogen vəziyyəti gərginləşdirməklə yanaşı informasiyaların toplanıb ötürülməsi ilə də məşğuldur.

Bu günlərdə Ukrayna parlamentinə “vor zakon” adına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim olunub, ancaq layihə dəstək qazanmayıb.

Cia.az