|
Bakı sakini qəbiristanlıqda yıxılaraq ölüb

Bakıda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini Cəmaləddin Muxtarov rayonun A.Şərifzadə küçəsindəki qəbiristanlıqda yıxılaraq kəllə-beyin xəsarəti alıb. C.Muxtarov aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Cia.az