|
Çin Rusiya iqtisadiyyatına kömək əlini uzadır

Çin Rusiyanın son vaxtlar qarşılaşdığı iqtisadi çətinlikləri aşması üçün ona kömək etməyə hazırdır, ÇXR-in xarici işlər naziri Van İ jurnalistlərə bilidirib.

“Əgər Rusiya tərəfinə lazım olarsa, biz, imkanlarımız daxilində lazımi köməyi təmin edəcəyik” – deyə, China Daily nazirin sözlərindən sitat gətirir.

Eyni zamanda, Van İ vurğulayıb ki, “Rusiyanın mövcud iqtisadi çətinlikləri aşması üçün qabiliyyəti və müdrikliyi var”, - Oxu.Az Lenta-ya istinadən xəbər verir.

Çin diplomatiyasının rəhbəri ÇXR və Rusiyanın bir-birini dəstəklədikləri və yardım etdiklərini vurğulayıb.