19 yaşındakı ana Nandini qızı dünyaya gəldiyi zaman həkimlərlə birgə şok keçirib.
6 aylıq bir körpə ağırlığında, yəni 6 kiloluq doğulan uşaq anası ilə birgə həkimləri də şok edib. 6 kilo ağırlığında doğulan qız uşağı dünya üzərində doğulan ən ağır çəkili qız uşağı olaraq rəsmi sənədlərdə yer alıb. Xəstəxanadan həkim Venkatesh Raju deyib ki, 25 illik peşə fəaliyyəti dövründə heç belə hadisə ilə qarşılaşmayıb.
Ana hamiləliyi zamanı heç bir şikayətinin olmadığını deyib. Ana və körpənin səhhəti qaydasındadır, uşaq evə göndərilmədən öncə nəzarət altında saxlanılacaq. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə yarım saat ərzində anasının bətnindən çıxarılıb və heç bir risk yaşanmayıb. Uşaqda da hər hansı sağlamlıq problemi özünü göstərməyib.
Cia.az
