Yaponların ilginc həyat tərzlərinin daha bir detalı üzə çıxıb. BBC-in xəbərinə görə, yaponlarda gündəlik həyat çox dinamik və gərgin olduğu üçün yatmağa vaxtları qalmır.
Bu səbəbdən də onlar adına “inemuri” deyilən davranışa xüsusi fikir verirlər. “İnemuri” ictimai yerlərdə, qatarlarda, iş iclaslarında, məktəbdə və digər yerlərdə yuxulama mənasına gəlir. Qadın, kişi, uşaq harada olur-olsun istədikləri vaxt bir az mürgüləyirlər. Bütün Yaponiyada bu davranış olduqca normal qarşılanır. Buna səbəb isə onların “inemuri”ni gecə yuxusu və ya günorta istirahət vaxtı olan yuxu kimi qəbul etməmələridir.
“İnemuri”nin tərcüməsi “orda olmaq” və yatmaq mənalarında işlənir. Yəni harada olursunuzsa olun vəziyyətə təsir etmirsinizsə, “İnemuri”nin problemi yoxdur - bir az da olsa yuxulaya bilərsiniz.
Cia.az
