|
Qadınlar makiyajsızlıqdan qorxur
İsveçrəli alimlərin araşdırmasına görə, qadınların həddindən artıq makiyajdan istifadəsi kişiləri onlardan uzaqlaşdırır. 
Araşdırma çərivəsindəki sorğuda iştirak edən kişilər kosmetik vasitələrdən 40% az istifadə edənlərə üstünlük verdiklərini deyiblər. Psixoloqlar kişilərin sosial şəbəkələrdəki makiyazsız qadın fotolarına verdikləri reaksiyalara görə bu qənaətə gəliblər.  Alimlərin gəldiyi qənaətə görə, qadınların 80%-i öz xarici görünüşlərindən o dərəcədə narahatdırlar ki, yeni sevgilinin qarşısına makiyajsız çıxmaq üçün minimum bir ay gözləyirlər. 17% iki ay, 16% yarım il, 8% makiyajsız görünməyə qərar vermək üçün tam bir il düşünürlər. 3% isə heç vaxt makiyajsız simalarını heç vaxt sevdiyi kişiyə göstərmirlər.

Hətta hər üç qadından biri azacıq da olsa üzünə əl gəzdirmək məqsədilə yuxudan sevgililərindən tez oyanırlar. 60% qadın isə yeni sevgilisi ilə yatağa girdikdə ümumiyyətlə üzlərindəki kosmetikanı yumurlar. 20% qadın isə kavalerlə keçirdiyi ilk gecədə makiyajı yeniləyir.
cia.az