|
Şekspirin əsərlərinin ilk nəşrləri 3,7 milyon dollara satıldı

«Christie's» auksion evinin təşkil etdiyi hərracda Uilyam Şekspirin ilk dörd nəşrindən ibarət külliyyat 3,7 milyon dollara satılıb.

Cia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1623-cü ildə dərc edilmiş «İlk folio» 2 milyon 750 min dollara satılıb. Bu kitaba dahi ingilis dramaturqunun 36 pyesi daxildir ki, bunlardan 18-i daha əvvəl çap edilməyib. «Folio» və 1632, 1664 və 1685-ci illərdə dərc edilmiş digər nəşrlər amerikalı kolleksiyaçıya satılıb.

Bildirilir ki, həmin kolleksiyaçı Şekspirin dörd ən erkən nəşrinin sahibidir. Alıcının adı açıqlanmayıb.

Cia.az