İŞİD yaraqlıları Suriyada Hələb vilayətinin şimalındakı şiələrin yaşadığı şəhərləri atəşə tutub.
Axar.az xəbər verir ki, bu haqda məlumatı Əl-Məyadin kanalı yayıb.
Verilən məlumata görə, yaraqlılar 40 ədəd "Qrad" raketindən istifadə edərək Nubel və əz-Zəhra şəhərlərinə zərbələr endirib.
Raket hücumları nəticəsində ölən və ya yaralıların olub-olmadığı haqda məlumat verilməyib.
Cia.az
