Xarici görünüşünə görə qarpızı, daxildən yemişi xatırladan bu tərəvəzi çoxları tanımır.
Onun dadı isə xiyarınkına bənzəyir. Şelenqo adlı tərəvəz Şanlıurfanın Viranşəhər bölgəsində yetişir. Kilosu təxminən 3 manat olan tərəvəzdən turşu, dolma və salatlar hazırlanır. Bundan başqa, meyvə kimi də gündə 3 dəfə yeyilə bilir.
Tarlada yığılandan sonrakı 2-3 gün ərzində yeyilməli olan bu tərəvəz həm ekzotik görüntüsünə, həm də dadına görə diqqət çəkir.
Cia.az
