|
''Neftçi'' - ''Qarabağ'' qarşılaşması qalmaqalla başa çatdı - FOTOLAR
''Neftçi'' - ''Qarabağ'' qarşılaşması qalmaqalla bitib. 

Musavat.com xəbər verir ki, oyunun sonuncu dəqiqələrində  Qarabağ hesabı açıb. Rəqib komandanın etirazı qalmaqala səbəb olub. Hər iki komanda arasında dava düşüb. 
 
Komandaların baş məşqçiləri futbolçuları sakitləşdirməyə çalışıb. Hadisəyə polis əməkdaşları da müdaxilə edib. 
 
Oyunda 119-cu dəqiqədə fərqlənən "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib. 
 
Bununla da Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub,  3 dəfə isə (1993, 2015, 2016-cı illər)  "qızıl dubl" edib. 
 
Sözü gedən hadisənin fotolarını təqdim edirik:
 
 






Cia.az