|
"Xədicə İsmayılın azad edilməsi müsbət haldır" BMT RƏSMİSİ

"Həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılması Azərbaycan hökumətinin insan hüquqlarına hörmətlə yanaşmasıdır".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan BMT- nin İşçi Qrupunun baş məruzəçisi Setonci Roland Adjovi deyib.

O, qeyd edib ki, bu müsbət haldır: "Jurnalist azadlığa buraxıldı və fəaliyyətini davam etdirəcək. Amma biz hələ ki məhkəmənin qərarı ilə tanış deyilik. Qərarla tanış olandan sonra bu barədə müzakirələr aparacağıq və bunu hesabatda qeyd edəcəyik".

Cia.az