|
Bakı sakini mənzilində ölmüş vəziyyətdə tapılıb
Gecə saatlarında Bakının Xətai rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Onlar mənzilin qapısını açaraq 1939-cu il təvəllüdlü Salmanova Elza Süleyman qızının cəsədini aşkar ediblər və meyiti aidiyyəti üzrə təhvil veriblər.
Cia.az