|
Sevgilisinə yalvardı, dünyada biabır oldu
Çində sevgilisi tərəfindən tərk edilən bir oğlanın videosu dünyanı şoka salıb. “Lütfən məni atma” deyə, yalvaran gənc bir tərəfdən də qızın ayağındakı corablara yapışıb. 
Qız isə oğlanın bütün istəklərini rədd edərək, bunun mümkünsüz olduğunu deyib. Hətta iş o yerə çatıb ki, qız oğlanın əlindən qurtulmaq üçün bütün cəhdlərini edəndə corabı oğlanın əlində qalıb. Sosial mediada yayımlanan videonu izləyənlər isə gənc oğlana qəzəb püskürüblər. “Kişilik ləyaqəti yox imiş” deyə, onun barəsində hirsli statuslar yazan kişilərdən fərqli olaraq qadınlar yalvaran gəncin bir qəbahəti olduğunu iddia edib. 

Amma bununla belə, sevgilisi tərəfindən bağışlanmayan gənc adam sosial şəbəkədə də, gerçək həyatda da rəzil olub.
Cia.az