Yeni Zelandiya sakini arıqlama prosesini onlayn layihəyə çevirib və İnstaqramda izləyiciləri ilə paylaşıb.
2 il ərzində Simon Anderson yüz kilo itirib. Gözəllik salonunda vizajist kimi çalışan qız 23 yaşında arıqlamağa qərar verib. Həmin vaxt o, 181 santimetr boyunda, 169 kiloqram çəkisində olub. O, müntəzəm olaraq idman salonuna getmək və dieta saxlamaqla 77 kiloya düşüb. Simon deyib ki, “Özümə verdiyim ”artıq çəki yaşamağa mane olmur" təsəllisindən bezmişdim".
Andersonun izləyiciləri arıqlayandan sonra ona bəzən kosmetik əməliyyatlar keçirmək üçün maddi yardım ediblər. 25 yaşlı qızın 142 min izləyicisi var. Onlardan bəziləri gənc qızı reallığı əks etdirməməkdə ittiham ediblər. Amma qız deyib ki, bu səhifəni əvvəlcə sırf özü üçün hazırlayıb və belə kütləvi diqqət gözləmirmiş. O etiraf edib ki, bəzi izləyicilərinin yazdığı neqativ rəylər bu işin ən çətin tərəfi olub.
Hazırda isə Anderson sağlam həyat tərzi, fitnes və düzgün qidalanma barədə konsultasiya aparır.
Cia.az
