|
Xətai rayonunda 29 yaşlı qadın intihara cəhd edib

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü S.V. özünü öldürmək məqsədi ilə çoxsaylı dərman qəbul edib.

O, zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 

Cia.az