Ukraynanın Odessa şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb. Həmçinin, 6 yaşlı qızın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. İlkin versiyaya əsasən, partlayışa səbəb məişət qazı olub.
Hazırda hadisə yerində xilasedicilər və Odessanın kommunal xidmət təşkilatlarının əməkdaşları işləyir.
Cia.az
