Almaniyada “Konstitusiyanın Mühafizəsi Təşkilatı” Kölndə nəşr olunan qəzetlərdə vakansiya elanı verib. ANS PRESS-in məlumatına görə, təşkilat sələfiləri nəzarətdə saxlamaq üçün müşahidəçi agentlər axtardığını elan edib.
Yerlilər elanı zarafat hesab etdiyindən iş üçün təşkilata müraciət edən olmayıb. Bu səbəbdən də təşkilatın prezidenti Hans Corc Maassen şəxsən müraciət edərək əməkdaşlıq üçün agentlər axtardıqlarını bildirib.
“Zarafat eləmirik, həqiqətən işçi axtarırıq. Bu şəxslər ölkəmizin təhlükəsizliyinə dəstək verəcəklər. Maraqlananlar müraciət etsin”.
Qeyd edək ki, “Konstitusiyanın Mühafizəsi Təşkilatı”nda işə yeni başlayan bir əməkdaş 2 900 avro (2 790 manat) əmək haqqı alır.
