|
Hinduşkasına qucaqlaşmağı öyrətdi
İnquşetiya sakini öz hinduşkasına insan kimi qucaqlaşmağı öyrədib. 
Bu görüşü videoya çəkən gənc onu internetdə də paylaşıb. Adı açıqlanmayan gənc oğlan klipdə hinduşkasına belə müraciət edir: “Gəl bura, mənim gözəlim”. Bunu deyən kimi hinduşka qanadlarını açaraq gəncə tərəf gəlir, qanadları ilə onu qucaqlayır və başını gəncin çiyninə qoyur. 2015-ci ilin dekabrında isə Dağıstandakı “Vasya” ləqəbli qaz yeni il gecəsində onu kəsməməsi üçün sahibini yola gətirmişdi. Belə ki, qaz sahibinin başına fırlanır, ayaqlarını qucaqlayırdı. 

“Mənim ona yazığım gəldi və onu kəsməməyə qərar verdim”, - bunu da sahibi Əhməd Abdullayev danışmışdı.
cia.az