Xorvatiyalı vizajist Tea Flego 80 yaşlı nənəsini makiyaj etdi... və nəticə hər kəsi təəccübləndirdi.
Aile.lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Tea Flego sosial mediada yayımladığı videolarla məşhurluq qazanıb. Ancaq 80 yaşlı nənəsi Livia da videolarda yer almağa başlayandan sonra daha da çox tanınaraq internet aləminin müzakirə mövzusuna çevrilib.
Livia nənə nəvəsinin özəl makiyajı ilə düz 20 yaş cavan görünüb.
Qocalar evində yaşayan Livia nənə nəvəsi ilə birlikdə vaxt keçirməkdən həzz aldığını deyib.



