|
Dırnağınız göyəribsə, bu ÜSULLARdan istifadə edin

Dırnaqlarınızın üzərinə ağır bir əşya düşəndə, ya da qapı arasında qalanda “slaynoz” adlanan dırnaq göyərmələri baş verir. Bu göyərmənin böyüklüyü əslində dırnağınızla vidalaşmalı olub-olmadığını da göstərir. Dırnağınızı itirmək istəmirsinizsə və göyərmənin tez sağalıb yox olmasını arzulayırsınızsa, Aile.lent.az-ın təqdim etdiyi bu təbii çarələrdən istifadə edin.

 

 

- Zədələnən dırnağın üzərinə dərhal soyuq su, ya da buz qoyun.

 

- Dəyən bölgənin 5-10 dəqiqə soyuqda qalması lazımdır. Beləcə, şişmə və qan yığılması azalacaq.

 

- Əgər dırnağın kənarında qanama varsa, su qoyduqdan sonra barmağınızla üzərinə sıxaraq qanamanı durdurun.

 

- Barmağınızı oynatdığınız zaman ağrı hiss edilirsə, ciddi zədələmiş ola bilərsiniz. Mütləq həkimə gedin.

 

 

Duzlu su

 

Dırnağınızı mümkün olduğu qədər qısa kəsərək, 15-20 dəqiqə duzlu suda saxlayın. Daha sonra quru bir parça ilə sıxmadan sarıyın. Dırnaq sağalana qədər gündəlik olaraq təkrarlayın.

 

 

Zərdəçal

 

İlıq bir suyla zərdəçal tozunu krem halına gələnə kimi qarışdırın. Bu qarışımı göyərmiş barmağınızın hər yerinə yaxşıca sürtün. Zərdəçal antibakterialdır və istiliyin qarşısını alır. Daha tez sağalmasına kömək edəcək.

 

 

Gil

 

İlıq su ilə gili qarışdırıb zədələnmiş dırnağınıza sürtün.

 

 

Xardal yağı

 

Yaralanmış dırnağınıza və ətrafına xardal yağı ilə masaj etməniz yaranızı tez sağaldacaq.

 

 

Dırnaqları necə sağlam saxlayaq?

 

Limon dilimləri ilə dırnaqları və dırnaq yataqlarını ovalamaq dırnaqları gücləndirir.

 

Dırnaq batmalarına əngəl olmaq üçün dırnaqlarınızı düz kəsin.

 

Kimyəvi təmizləyicilərdən çox az istifadə edin.

 

Nikotin dırnaqları gücsüzləşdirdiyi üçün siqareti tərgidin.

Cia.az