Əgər əlinizin altında limon varsa? mütləq ondan gözəlliyinizi daha da artırmaq üçün istifadə edin.
Limonun tərkibində bolluca C vitamini var. C vitamini sayəsində siz dərinizdəki qırışların sayını azalda bilərsiniz.
1. Gündə bir dəfə limon suyu vasitəsilə üzünüzü, əllərinizi silsəniz, qırışların azaldığının şahidi olacaqsınız.
Limonun tərkibindəki turşu dəridəki məsamələri açır, dəridə olan ləkələri aparır.
Bunun üçün kasanın içinə su töküb bir limonun suyu onun içinə sıxılır, sonra pambıq tampon vasitəsilə həmin su dəriyə sürtülür.
2. Saçlarınızın rəngini açmaq üçün limon sıxıldıqdan sonra su ilə nəmləndirilmiş saçlara çəkilir. Saçlar günəş altında qurudulduqdan sonra sampun ilə yuyulur.
3. Dəridə olan sızanaqları sağaltmaq üçün sıxılmış təzə limonun suyunu hər səhər pambıq tampon vasitəsilə üzdə olan səpgilərinizə sürtsəniz, bir neçə gündən sonra sızanaqların yox olduğunu görəcəksiniz.
4. İlıq suya sıxılmış limon suyu içmək mədə turşuluğunu azaldır, aclığı arada qaldırır.
5. Limon suyu boğazda olan iltihabi prosesi azasldır, boğazdakı mikrobları məhv edir.
6. Limondan hazırlanan şərbət stressi aradan qaldırır.
7. Hər gün 1 stəkan limonlu su içsəniz, bir müddət sonra bədəninizin turşuluq indeksinin normaya düşdüyünü görəcəksiniz.
8. Limonu soyuq suya sıxıb içsəniz, arterial təzyiqinizin aşağı düşdüyünün şahidi olacaqsınız.
Cia.az
