İngiltərənin Nottinqhem şəhərində yerləşən ölkənin son tütün fabriki bağlanıb.
Axar.az xəbər verir ki, fabrikin bağlanması nəticəsində 500 nəfər işsiz qalıb.
İldə 52 milyard siqaret istehsal edən fabrikin bağlanmasına səbəb kimi ölkədə siqaret çəkənlərin sayının azalması göstərilir.
Qeyd edək ki, Nottinqhem şəhərində 1860-cı ildən bəri siqaret istehsal edilirdi.
Cia.az
