|
Fatih Terim: Möhtəşəm mübarizə apardıq
Mən oyunu izləyən ölkəmizin insanlarının “Bizim uşaqlar hər şeyi etdi, amma olmadı. Halal olsun onlara” dediklərindən əminəm.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Fatih Terim İngiltərə ilə keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
“Bunlar bizi irəliyə aparacaq. Məğlub olmaqdan xoşumuz gəlmir. Yaxşı bir komanda ilə oynadıq, möhtəşəm mübarizə apardıq. Bu gün oyunumuzla sevindirdiyimizə əminəm”, - Fatih Terim bildirib. 
Cia.az