|
Nüvə danışıqlarının vaxtı açıqlandı

“Altılıq” və Tehran arasında nüvə danışıqların növbəti mərhələsi yanvarda baş tutacaq.


“Qafqazinfo” ris.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Cen Psaki məlumat verib:

“Cenevrədəki görüşləri müsbət dəyərləndirmək olar. Növbəti danışıqlar gələn ayın ortalarında keçiriləcək, amma bu tarix də hələ ki, razılaşdırılmayıb”.

Qeyd edək ki, qeyri-rəsmi mənbələrdə görüşün yanvarın 20-dək keçiriləcəyi bildirilir.