Aralıq dənizində baş vermiş hadisəni araşdıran fransalı ekspertlər məlumatı təsdiqləyib.
Qəzaya uğramazdan əvvəl EgyptAir-ə məxsus təyyarədəki detektorlar tüstü xəbərdarlığını verib, aviasiya sənayesinin Aviation Herald saytı bildirir.
Məlumata əsasən təyyarə ilə əlaqənin itməsindən cəmi bir neçə dəqiqə öncə ayaqyolu və radioelektronika bölməsində tüstünün olduğu barədə siqnal ötürülüb.
Parisdən Qahirəyə yollanan MS804 reysli təyyarə mayın 19-da radarlardan yoxa çıxıb.
Onun göyərtəsində 56 sərnişin, 7 ekipaj üzvü və 3 təhlükəsizlik əməkdaşı olub.
Onların əksəriyyəti Misir və Fransa vətəndaşlarıdır. Sərnişinlər arasında bir britaniyalının olduğu da bildirilir.
Airbus A320 dənizə düşənədək iki kəskin viraj edib.
Aviation Herald bildirir ki, təyyarənin əlaqə və hesabat sisteminə (ACARS) aid məlumatları 3 müstəqil mənbədən əldə edib.
Sonuncu ACARS messajı yerli vaxtla saat 02:29-da daxil olub. Bundan dörd dəqiqə keçmiş təyyarə ilə əlaqə kəsilib.
Aralıq dənizində baş vermiş hadisəni araşdıran fransalı ekspertlər məlumatı təsdiqləyib.
Cümə günü Misir ordusunun nümayəndəsi deyib ki, dənizdə təyyarə qalıqları və sərnişinlərin əşyaları aşkar olunub.
Aralıq dənizindəki Yunanıstanın Karphatos adası yaxınlığında aparılan axtarış əməliyyatında Yunanıstan, Misir, Fransa və Britaniya hərbçiləri iştirak edirlər (BBC).
Cia.az
