|
Neftin qiyməti yenidən 49 dolları keçdi

Bu gün səhər saatlarından başlayaraq, neft yenidən bahalaşmağa başlayıb.

Cia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:55-də birjalarda Brent markalı neftin iyul fyuçersinin 1 barreli 49,19 dollara satılıb.

Bu göstərici dünən gecə birjalar bağlanarkən qeydə alınmış rəqəmdən 0,38 dollar, yaxud 0,78% çoxdur.

Cia.az