|
La Liqanı tərk edən klubda ayrılıq

2015/2016 mövsümünün yekununa əsasən İspaniya La Liqasını tərk edən "Rayo Valyekano" klubunun baş məşqçisi Pako Hemes vəzifəsindən gedib.

Qol.az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, Hemes klub prezidenti Martin Preso ilə görüşməli idi.

Lakin klub prezidentinin Amerikaya getməsi səbəbindən görüş baş tutmayıb. Belədə 46 yaşlı mütəxəssis klubdan ayrılmaq qərarı alıb.

Qeyd edək ki, "Rayo Valyekano"nu yeni mövsümdən Luis Millanın çalışdıracağı gözlənilir. 

Cia.az