Avstraliyada yaşayan 73 yaşlı nənə Canis Lorreyn (Janice Lorraine) əzələli bədəni ilə görənləri heyrətləndirir.
50 yaşından idmana maraq salan və bodibildinqlə məşğul olan qadın bəzən buna görə tənqid də olunur. Onun böyük dəstəkçisi isə 49 yaşlı sevgilisi Devid Kendaldır.
Canis 24 il əvvəl bir gecə klubunda Kendalla tanış olanda 48 yaşı olub. O, gənclərə örnək ola biləcək əyləncəli halı ilə Devidi özünə heyran edib.
Ən böyük məqsədinin ağıllardakı "Yaşlı adam" streotipini qırmaq olduğunu deyən Canis əzələlərini daha da inkişaf etdirmək istəyir. Hətta onu görən gənclər iradəsinə və həvəsinə heyran olduqlarını deyiblər.



Cia.az
