Belarusun Qomel Vilayət Məhkəməsi şəhərin 33 yaşlı sakini Sergey Vostrikov barəsində edam hökmü çıxarıb.
"RİA Novosti" xəbər verir ki, qərar mayın 19-da qəbul edilib.
Məlumata görə, S.Vostrikov zorlama və iki gənc qadının qətlində ittiham olunub.
Qeyd edək ki, Belarus Avropanın yeganə ölkəsidir ki, ölüm hökmü tətbiq edir.
Cia.az
