|
Prokuror iki nəfəri bıçaqalayan şəxsə 10 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nahid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 24-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi 13 sentyabr 2015-ci ildə gecə saatlarında paytaxtın Tbilisi prospektində baş verib. Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynova və Zaur Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirilib. Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Nahid Əliyev tutulub.

Cia.az