|
Arvadını öldürdü, sonra intihar etmək istədi

Sumqayıtda qətl törədilib.

Sumqayıt Şəhər Prokurorluğundan lent.az-a verilən məlumata görə, dünən saat 17 radələrində H.Z.Tağıyev qəsəbəsi Dəmiryol yaşayış massivində 1987-ci il təvəllüdlü Adıgözəlov Famil Şəfi oğlu həyat yoldaşı, 1984-cü il təvəllüdlü Adıgözəlova Xalidə Alim qızını bıçaqlayaraq öldürüb. F.Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Cia.az