Fransada keçiriləcək "Avro-2016" öncəsi Türkiyə millisinin də heyəti açıqlanıb. ANS PRESS-in məlumatına görə, seçmənin baş məşqçisi Fatih Terim yığmaya 31 futbolçu cəlb edib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fatih Terimin “Bayer” Leverkusendə oynayan Ömər Toprakı namizəd heyətə daxil etməməsi söz-söhbətə səbəb olub. Fatih Terim “TRT Spor”da bu məsələyə aydınlıq gətirib. Terim Ömər Toprakın Gökhan Töreyə görə milli komandaya gəlmək istəmədiyini bildirib.
Hələ ötən il "Bayer"in müdafiəçisi Ömer Toprak Türkiyə millisinin düşərgəsinə qatılmaqdan imtina edib. AVRO-2016-nın seçmə mərhələsində Hollandiya ilə oyuna çağırılan təcrübəli futbolçu bunu yığmadakı komanda yoldaşı Gökhan Töre ilə aralarında problem yaşaması ilə əlaqələndirib. Gökhan Törenin daha öncə onu silahla hədələdiyini əsas gətirən Ömer Toprak yığmanın düşərgəsinə qatılmaq istəmədiyini açıqlayıb. Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin Toprakı razı salmaq cəhdləri də nəticəsiz qalıb.
Türkiyə millisinə dəvət almış futbolçular:
Qapıçılar: Ali Şaşal Vural ("Əskişəhərspor”), Harun Tekin ("Bursaspor”), Onur Kıvrak ("Trabzonspor”), Volkan Babacan ("Başakşəhər”)
Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı, Mehmet Topal, Caner Erkin (dördü də "Fənərbaxça”), Ahmet Çalık ("Gənclərbirliyi”), Çağlar Söyüncü ("Altınordu”), Hakan Balta, Semih Kaya (hər ikisi "Qalatasaray”), Serdar Aziz ("Bursaspor”), İsmayıl Köybaşı ("Beşiktaş”), Emre Mor ("Nordsyelland”)
Yarımmüdafiəçilər: Gökhan Töre, Oğuzhan Özyakup, Olcay Şahan (hər üçü "Beşiktaş”), Volkan Şen, Ozan Tufan, Alper Potuk (hər üçü "Fənərbaxça”), Yasin Öztekin, Selcuq İnan (hər ikisi "Qalatasaray”), Hakan Çalhanoğlu ("Bayer”), Mahmut Pekdemir ("Başakşehir”), Nuri Şahin ("Borussiya” D.), Arda Turan ("Barselona”)
Hücumçular: Burak Yılmaz ("Beyjinq Qoan”), Cenk Tosun ("Beşiktaş”), Yunus Mallı ("Maynts”), Mövlüt Erdinç ("Genqam”)
Cia.az
