Səudiyyə Ərəbistanında toy gecəsi əri ilə birgə olmaq yerinə cib telefonunda rəfiqələri ilə mesajlaşan qadını əri boşayıb. Bununla da cütlük evləndikləri gün boşanıblar.
Adları açıqlanmayan ər-arvad toydan sonra Ciddedə yerləşən hotel otağına gediblər. Kişi öz həyat yoldaşı ilə vaxt keçirmək istəsə də, qadın rəfiqələrinin ona yazdığı təbrik mesajlarını cavablandırdığı üçün ərinin istəyini rədd edib. Kişi israr edincə cütlük arasında dava çıxıb.
Ər qadına “dostların məndən daha vacibdir” deyə soruşanda, qadın da “bəli, vacibdir” cavabını verib və dava daha da qızışıb. Kişi belə bir qadınla evli olmaq istəmədiyini, boşanacağını deyərək, hoteli tərk edib.
Boşanmaq üçün məhkəməyə müraciət edən ərin tələbi qəribə qarşılansa da, məhkəmə cütlüyü “uzaqlaşdırma komitə”sinə yönləndirib. Amma ər boşanmaqda israr edib.
Cia.az
