|
Təhlükəsizlik kamerası əvəzinə iki güzgü...
Türkiyənin Düzcə bölgəsində dükan sahibi təhlükəsizlik kameraları baha olduğu üçün güzgüdən istifadə edir. 
33 yaşındakı dükan sahibi iş yerinin qabağında yerləşən dirəyə iki güzgü asaraq dükanını nəzarətdə saxlayır. Çayağzı kəndində ərzaq malları dükanı açan Acat deyib ki, evinə təxminən 30 metr uzaqlıqdakı dükanın qabağına ayna asmaq fikrini atası ilə düşünüblər. Onun sözlərinə görə, təhlükəsizlik kamerası baha olduğu üçün daha ucuz vasitədən - güzgüdən istifadə ediblər: “Kamera və digər aparatları taxdırsam, maliyyəsi yüksək olacaqdı. 

Mən də işimi daha ucuz həll etmək üçün bu vasitəyə əl atdım. Ətrafdakılar bu güzgüləri görəndə çaşıb qalırlar. Soruşurlar ki, saçımıza baxmalıyıq, ya üzümüzə? Mən də deyirəm ki, bu güzgülər sayəsində sizi izləyirəm. Bəzi müştərilər dükanın qabağına gəlir, mən də evdən onlara adları ilə müraciət edərək, ”filankəs, gözlə, gəlirəm" deyirəm. Dükanın qabağında təhlükəsizlik kamerası olmadığını bilənlər onları necə tanıdığımı soruşanda isə deyirəm ki, “mən sizi türk işi kameradan izləyirəm. 

Məhz buna görə də dükanın adı ”güzgülü dükan" qalıb".
Cia.az