Əfqanıstandan Bakıya uçan təyyarə qəzaya uğrayıb. ANS PRESS-ə daxil olan məlumata görə, bu mülki təyyarədir. AN-12 tipli təyyarədə yalnız ekipaj üzvləri olub.
Daxil olan məlumata görə, qəza nəticəsində bütün ekipaj üzvü həlak olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq bilinmir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ANS PRESS-in sorğusuna cavab verib.
22:35
***
“Qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub”.
Bu barədə APA-ya Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.
Xəbərə görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.
“Əldə olunan məlumata əsasən, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir” deyə, qeyd edilib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
***
Əfqanıstanda Azərbaycana məxsus yük təyayrəsinin qəzaya uğradığı bildirilir.
"Silk way" şirkətindən APA-ya bildirilib ki, onlara da belə məlkumat daxil olub, lakin hələlik bu barədə dəqiqləşmə aparılmayıb.
***
02:32
Mayın 18-də “Silk Way” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
Hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb. Komissiya üzvlərinin mayın 19-da hadisə yerinə gedəcəyi gözlənilir.
Xatırladaq ki, bu, Əfqanıstan hava sahəsində Azərbaycana məxsus ikinci təyyarə qəzasıdı.
Hadisə 2011-ci ildə baş vermişdi. “Silk Way” şirkətinə məxsus “İl-76” təyyarəsi qəzaya uğramışdı.
Sözü gedən qəza ilə bu linkdə tanış ola bilərsiniz:
Cia.az
