|
Rövşən Şərifov Nyu-York məhkəməsinin hakimi oldu

Azərbaycanlı Rövşən Şərifov Nyu-York məhkəməsinin hakimi seçilib.

Virtualaz.org bildirir ki, bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov öz facebook səhifəsində yazıb.

Rövşən Şərifov Bakı Dövlət Universiteti Hüquq fakültəsinin məzunudur. O, ötən əsrin 90-cı illərində Azərbaycanı tərk edib və Nyu-Yorkda məskunlaşıb. Orada bir çox iri şirkətlərdə hüquqşünas kimi fəaliyyət göstərib. O həm də uzun müddət Manxetten prokurorluğunda işləyib.

Cia.az