|
Dağıstan prokurorluğu Bakıdakı nümayəndəni işdən çıxartdırdı

Dağıstan prokurorluğu respublikanın Bakıdakı nümayəndəsinin müavini Vidadi Babayevin vəzifəsindən azad edilməsinə nail olub.

Virtualaz.org “Çernovik”ə istinadən xəbər verir ki, daha öncə V.Babayevin qanunazidd olaraq, eyni zamanda həm “Dərbənd şəhəri” dairəsi üzrə Deputatlar Məclisinin deputatı, həm də Dağıstan Respublikasının Bakı şəhərindəki nümayəndəsinin müavini olması barədə məlumat yayılmışdı.

“Bununla əlaqədar respublika prokurorluğu Dağıstan nümayəndəliyi sədrinin ünvanına qanun pozuntusunun aradan qaldırılmasına dair təqdimat göndərmişdi. Təqdimata baxılması nəticəsində V.Babayev tutduğu vəzifədən azad edilib”, - prokurorluqdan bildirilib.

Cia.az