Portuqaliyada son 3 mövsümün çempionu "Benfika" keçən mövsüm İngiltərənin "Fulxem" klubundan icarəyə götürülən yunan milli oyunçu Kostas Mitroqlunu transfer edib.
"Benfika" klubundan verilən məlumatda, 28 yaşlı yunan futbolçu üçün klubu "Fulxem" ilə razılığa gəldikləri və 2020-ci ilədək müqavilə imzadıqları bildirilib.
Portuqaliya mətbuatı transferin 7 milyon avroya başa gəldiyini yazıb.
Qeyd edək ki, Mitroqlu bu mövsüm "Benfika"nın heyətində 32 oyunda çıxış edib və 20 qol vurub.
Cia.az
