|
Məzuniyyət tədbirinə pişiyi ilə qatıldı
Amerikanın Merilend ştatında məzuniyyət gecəsinə özü ilə aparacaq sevgilisi olmayan gənc qəribə seçim edib. 
“Cosmopolitan”ın verdiyi xəbərə görə, 17 yaşlı Sem Staynqard Rubi ləqəbli pişiyinə çəhrayı rəngdə libas və saç aksesuarı hazırlatdırıb. Gənc oğlan özü də pişiyin geyimi ilə eyni rəngdə qalstuk taxıb. Amma Sem pişiyi özü ilə bala aparmağı düşünmür. Onun dediyinə görə, belə bir məclisdə pişik özünü yalnız hiss edə bilər. 

Ona görə də o, pişiklə şəkil çəkdirib, onu özünün yol yoldaşı kimi təqdim edib. Gəncin qardaşı bu fotonu “İmgur” portalında dərc edib. Bir sutka ərzində onu 800 min nəfər izləyib.

Cia.az