25 ildir trikotilomani xəstəsi olan Kelli Lacey hər səhər əlləri qan içində oyanır. 36 yaşlı Kelli bu qorxunc xəstəliyi ucbatından az qala keçəl qalacaq.
“Daily Mail”in xəbərinə görə, gecələr saçlarını yolan gənc qadın əllərində və balışında saç topası ilə oyanır. Hər gecə saçlarını yolan qadının başında böyük bir keçəllik izi var. 3 uşaq anası Kelli bu səbəbdən daim parik taxmaq məcburiyyətində qalıb. 25 ildir bu xəstəliklə yaşayan Laceylə bağlı mütəxəssislər deyir ki, bu, uşaqlığında yaşadığı cinsi istismar nəticəsində yaranan xəstəlikdir: “Məndən ”niyə dayanmırsan?" deyə soruşurlar, amma bəzən saçlarımı yolarkən oyanıram. Bunu şüurlu olaraq etmirəm, çünki avtomatik olaraq baş verir".
Trikotilomani xəstəliyi gənclər və orta yaşlı insanlar arasında daha çox görülür. 100 adamdan 4-nə təsir edir. Trikotilomani xəstəliyindən qurtulmaq üçün bir çox müalicə üsulundan istifadə edən Lacey bunların heç birindən pozitiv nəticə almayıb. Məhz bundan sonra parik üçün pul yığmağa başlayıb.
Cia.az
