|
Siçana atəş açdı, qardaşı arvadını öldürdü
Türkiyənin Elazığ şəhərinin Sün kəndində yaşayan Əli Dönər bağçasındakı siçanı ov tüfəngi ilə öldürmək istəyəndə qardaşının yoldaşını güllələyib. 
45 yaşlı kişi 30 yaşlı qardaşı arvadının ölümünə səbəb olub. Sonuncunun qan içində yerdə uzandığını görən Əli Dönər onu öz maşını ilə Fırat Universitetinin xəstəxanasına aparıb. Təcili yardımda ilk müdaxilə edilən Esen Dönəri isə xilas etmək mümkün olmayıb. 

Təsadüfi olsa da, qardaşı arvadının ölümünə səbəb olduğu üçün kişini həbs ediblər. Hazırda istintaq gedir.
Cia.az