|
Bakının bir hissəsində qaz olmayacaq

Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 17:00-dək Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.