|
Azərbaycana maşın idxalı azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1742 avtomobil gətirilib.

Cia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə azdır.

Son 1 ildə sürücü daxil olmaqla azı 10 nəfərlik nəqliyyat vasitələrinin idxalı 16,4 dəfə azalaraq 24-ə, minik maşınlarının idxalı 7,8 dəfə azalaraq 1509-a, yük maşınlarının idxalı 4,2 dəfə azalaraq 152-yə, xüsusi təyinatlı avtomobillərin idxalı isə 2 dəfə azalaraq 57-yə düşüb.

Cia.az